OSCAR 2020 - Mükafatlandırma Mərasimi

OSCAR 2020 - Mükafatlandırma Mərasimi

Bu gün ilin ən həyəcanla gözlənilən hadisələrindən olan "Oscar" mükafatlandırma mərasimi keçirilib. Los Angeles, Dolby teatrında baş tutan sayca 92-ci tədbirdə ən yaxşılar bəlli olub. Gecədə mükafatları anons edən aktyorlardan biri Zack Gottsagen #Oscar tarixində bir ilkə imza ataraq səhnədə mükafat təqdim edən ilk Down sindromlu aktyor olub. 

Gecənin ilk Oskar mükafatı "ən yaxşı ikinci plan aktyor" nominasiyasında verildi. Brad Pitt "Once Upon a Time in Hollywood"-dakı rolu ilə bu mükafata layiq görülüb. Laura Dern isə "Marriage Story" filmindəki performansı ilə "ən yaxşı ikinci plan aktrisa" seçilib. Brad Pitt bundan öncə "12 illik əsarət" filmi ilə prodüser olaraq bu mükafatla təqdir olunsa da bu onun aktyor olaraq qazandığı ilk Oscarı olub. Məşhur aktyorun çıxışı zamanı Trampa göndərmə etməsi isə gecənin ən diqqət çəkən anlarından idi. 

Cənubi Koreya istehsalı olan "Parasite" isə 6 bölümdə namizədliyi olub 4-ünü qazanmaqla gecəyə öz damğasını vurub. Belə ki, Bong Joon Ho-nun rejissorluğunu etdiyi film "ən yaxşı film","ən yaxşı rejissor","ən yaxşı orijinal ssenari" və "ən yaxşı beynəlxalq film" mükafatlarını qazanmağa nail olub. Bunlardan əlavə "Parasite" xeyli prestijə sahib "ən yaxşı film" mükafatını qazanan və orijinal dili İngiliscə olmayan ilk film kimi tarixə keçib. 

Gecənin maraqlı anlarından biri isə Heath Ledger-dən sonra tarixdə ikinci dəfə #Joker roluna Oscar verilməsi olub. Belə ki, "ən yaxşı aktyor" mükafatına Arthur Fleckin Jokerə dönüşümündən bəhs edən "Joker" filmindəki performansı ilə Joaquin Phoenix layiq görülüb. Bu sözsüz ki, Phoenix üçün böyük uğurdur, lakin ilin ən çox haqqında danışılan filmlərindən Joker 11 nominasiyada namizəd göstərilsə də onlardan sadəcə 1-ini qazana bilib.Tədbirin digər prestijli "ən yaxşı aktrisa" Oscarını isə "Judy" filmindəki performansı ilə Renée Zellweger alıb.

Qeyd edək ki, tədbirdə Eminemin özünə 17 il əvvəl Oscar qazandıran "Lose Yourself" parçasıyla canlı çıxışı hər kəsə sürpriz olub.

Galeriya
Sağa
Sola

Bu yaxınlarda gözlənilməz qəzada həyatını itirən unudulmaz idmançı Kobe Bryant isə bu mərasimdə də unudulmayıb. Amerikalı məşhur rejissor Spike Lee Bryant-ın 24 nömrəli formasını xatırladan smokinlə gecəyə qatılıb. Əlavə olaraq isə Kobe üçün hazırlanmış qısa video yayımlandığı zaman iştirakçılar ayağa qalxaraq mərhum basketbolçunu alqışlarla yad ediblər.

QALIB NOMİNANTLAR

ƏN YAXŞI REJİSSOR İŞİ - BON CUN XO ( "PARAZİTLƏR")

ƏN YAXŞI AKTYOR - XOAKİN FENİKS ( "COKER")

ƏN YAXŞI AKTRİSSA - RENE ZELVEGER ("CUDİ");

ƏN YAXŞI XARİCİ FİLM NOMİNASIYASI - "PARAZİTLƏR"

ƏN YAXŞI ORİJİNAL SSENARİ - "PARAZİTLƏR" FİLMİ

ƏN YAXŞI QURULUŞÇU RƏSSAM İŞİ - "BİR DƏFƏ... HOLLİVUDDA", BARBARA LİNQ, NENSİ HEY

ƏN YAXŞI İKİNCİ PLAN AKTYORU - BRED PİTT ("BİR DƏFƏ... HOLLİVUDDA”)

ƏN YAXŞI FİLM MUSİQISI - "COKER", HİLDUR QUDNADOUTTİR

ƏN YAXŞI OPERATOR İŞİ - "1917", RODCER DİKİNS

ƏN YAXŞI SƏS KOMBINASİYASI - "1917", MARK TEYLOR VƏ STÜART UİLSON

ƏN YAXŞI VİZUAL EFFEKTLƏR - "1917", QİYOM ROŞROM, QREQ BATLER VƏ DOMİNİK TUİ

ƏN YAXŞI İKİNCİ PLAN AKTRİSASI - LORA DERN ("EVLİLİK HEKAYƏSİ")

ƏN YAXŞI SƏS MONTAJI - "FORD FERRARİYƏ QARŞI", DONALD SİLVESTR

ƏN YAXŞI FİLM MONTAJI - "FORD FERRARİYƏ QARŞI", MAYKL MAKKUSER, ENDRÜ BAKLEND

ƏN YAXŞI ORİJİNAL MAHNI - “I’M GONNA LOVE ME AGAIN” (MUS: ELTON CON, SÖZ: BERNİ TOPİN), “ROKETMEN” FİLMİ ÜÇÜN

ƏN YAXŞI CİZGİ FİLMİ - "OYUNCAQLARIN HEKAYƏSİ 4"

ƏN YAXŞI QISAMETRAJLI ANİMASİYA FİLMİ - "SAÇA OLAN SEVGİ"

ƏN YAXŞI UYĞUNLAŞDIRILMIŞ SSENARİ - "DOVŞAN KOKO", TAYKA VAYTİTİ

ƏN YAXŞI KOSTYUM DİZAYNI - "KİÇİK QADINLAR", JAKLİN DURRAN

ƏN YAXŞI SƏNƏDLİ FİLM - "AMERİKAN FABRİKASI"

ƏN YAXŞI QISAMETRAJLI SƏNƏDLİ FİLM - “MÜHARİBƏ ZONASINDA SKEYT SÜRMƏYİ ÖYRƏNMƏK”

ƏN YAXŞI QRİM VƏ SAÇ DÜZÜMÜ - "QALMAQAL", KADZU HİRO, ENN MORQAN VƏ VİVİAN BEYKER

ƏN YAXŞI QISAMETRAJLI FİLM - “QARŞIDAKI PƏNCƏRƏ”, MARŞALL KARRİ

 

Yazar: Şahin Ağazadə / Barat Qubatov

 

Reyting

633 Oxunma
Şərh Yaz

Sosial Şəbəkələrdə Paylaş

REKLAM
Abunə ol və #ilklərdənol!

ELEKTRON POÇTUNUZU DAXİL ET VƏ İLK SƏN OXU

REKLAM
Başa dön