Nicki Minaj və Meek Mill'in twitter qalmaqalı

Nicki Minaj və Meek Mill'in twitter qalmaqalı

Keçən günlərdə Nicki Minaj və Meek Mill arasında twitter üzərindən qızğın "atışma" baş verib. Hər şey Nicki Minaj’ın Meek Mill’i “qadına şiddət”-də günahlandırması ilə başlayıb.

Belə ki, Nicki Twitter hesabı üzərindən Meek Mill-ə aid paylaşdığı tvitdən sonra hər iki məşhur yenidən gündəmə gəlib. Minaj paylaşdığı tvitdə həmçinin Meek Mill-in Drake'ə diss atmış olduğu köhnə treki “Back to back”-dən də göndərmə etmişdi. 

Meek isə gecikmədən elə öz twitter hesabından: “Karyeramı bitirməyə çalışırsan və əlindəki tək şans mənim qadınlara şiddət göstərdiyimi deməkdi. Əgər belədirsə, gəl, vəkillərin qabağına çoxlu pul tökdüyünüz təcavüzkar  qardaşından danışaq. Qardaşın o balaca qıza nə etmişdi elə? Sən sadəcə məni sevgilinlə üz-üzə qoymaq istəyirsən amma qətiyyən bunu etməyəcəm” twitini paylaşdı.

The only way you can try to kill my career is to say I beat women ... talk about ya brother convicted of rape and you been knew and paid for his lawyer ... ya little brother touched that lil girl too! You know I know ... you want me to crash with ya boyfriend and I won’t

— Meek Mill (@MeekMill) February 5, 2020

Nick’i isə bu sərt tvitə cavab olaraq Meek Mill’in onun bacısını döydüyünü və üstəlik bunu videoya çəkdiyini idda edən tvit paylaşdı. Ardınca isə “Drake"-ə yaltaqlıq eləmək səni yenidən sərt biri kimi hiss etdirəcək yəni. Davam et.” sözlərini əlavə edib. 

You beat your own sister and taped it. Spit on her & taped it. Kicked me in front your mother and sent her to the hospital. Sucking drake dick made u feel tough again. Move on.

— YIKES (@NICKIMINAJ) February 5, 2020

Belə insanların hələ də həbs olunmamasını anlaya bilmədiyini deyən Meek Mill son tvitində ətrafda nə qədər çox iyrənc insanın olduğunu və əslində hərkəsin də onları tanıdığını bildirərək “Mən güclüyəm. Danışmaqdan heç vaxt qorxmuram.” tvitini atıb. Son olaraq isə “Sevgilimin hamilə halda ex-imlə belə dava-dalaşımızı izləməyi çox rəzil bir şeydir. Məndən bu qədər” deyərək bu söz-söhbətin nöqtəsini qoyub.

Reyting

277 Oxunma
Şərh Yaz

Sosial Şəbəkələrdə Paylaş

REKLAM
Abunə ol və #ilklərdənol!

ELEKTRON POÇTUNUZU DAXİL ET VƏ İLK SƏN OXU

REKLAM
Başa dön