Grammy 2020 & Rap

Grammy 2020 & Rap

Keçən gün Bakı vaxtı ilə səhər 8:00-da Grammys 2020 mükafatlandırma mərasimi keçirilib. Staples Center, Los Angeles-də keçirilən 62-ci ənənəvi tədbirdə aparıcılığı 15 Grammy mükafatına sahib Alicia Keys üstlənib. 

Usher, Aerosmith, BTS, Demi Lovato və s. kimi adların səhnə aldığı həyəcan dolu və dinamik keçən gecədən sonra dünya mediasının Billie Eilish-dən bu qədər bəhs etməsi təsadüfi deyil. O, dünən ən yaxşı yeni artist, ilin albomu, ilin rekordu, ilin mahnısı və ən yaxşı albom mühəndisliyi olmaqla 5 nominasiyada qalib gələrək 1981-ci ildən bəri bunu bacaran ilk sənətçi olub. Qeyd edək ki, Billinin doğma qardaşı və musiqi prodüseri olan Finneas mükafatları bacısı ilə birgə qəbul edib. "Bu albom yazıldığı zamanlar biz sadəcə bunu depressiyada ve intihar düşüncələrində olduğumuz üçün edirdik, bu mükafat barədə isə ümumiyyətlə düşünməmişdik" fikirlərini bildirən Finneas sonda gənc musiqiçilərə ilham verməyi unutmayıb. "Biz sadəcə öz yataq otağımızda musiqi bəstələyən uşaqlar idik, hələ də bunu edirik ve öz evində bəstələrini edən uşaqlara bir mesajim var, bir gün bu mükafatdan biri də sizlərdə olacaq!". 

 

Gecənin #rap cəbhəsində isə maraqlı anlar baş verib. Belə ki, Dj Khaled-in Nipsey Hussle və John Legend ilə ərsəyə gətirdiyi "Higher" parçası ən yaxşı rep performansı mükafatına layiq görülüb. Mərhum rapper Nipsey Hussle-ın ailəsinin də səhnəyə çıxması izləyicilərə duyğusal anlar yaşadıb və Dj Khaled bu uğurlu günü Nipsey ailəsinə və onun ruhuna həsr edib. 

 

Digər maraqlı anlardan biri isə fanatların səbirsizliklə gözlədiyi İGOR və I am > I was rəqabətindən Tyler The Creatorun qalib ayrılması olub. Səhnəyə həmişəki kimi öz tərzi ilə çıxan The Creator, dostları və menecerlərinə ağlındakı inanılmaz ideyalara daim sonsuz güvəndikləri üçün təşəkkür edib. Bildirək ki, İGOR çox qeyri-adi sounda sahib və heç bir musiqi tərzində qablaşdırıla bilməyən bir albomdur və Tyler-in bu albomu produce edib sonrasında isə #Grammy alması doğrudan da diqqətəlayiq məqamdır. 

 

Albomu ən yaxşı seçilməsə də 21 Savage "A lot" parçası ilə ən yaxşı rap sinql mükafatını evinə aparmağa nail olub, Anderson Paak isə ilin R&B albomu və sinqlı adlı 2 mükafatla gecəni başa vurub. Gecəni 2 mükafatla başa vuran digər sənətçi isə ilin hit tracklərindən biri Old Town Road ilə Lil Nas X olub. Parça ən yaxşı ikili/qrup performansı və ilin video klipi seçilib.

 

Galeriya
Sağa
Sola

Reyting

484 Oxunma
Şərh Yaz

Sosial Şəbəkələrdə Paylaş

REKLAM
Abunə ol və #ilklərdənol!

ELEKTRON POÇTUNUZU DAXİL ET VƏ İLK SƏN OXU

REKLAM
Başa dön